SON XƏBƏR

Regional idarənin müavini və təhsil şöbəsinin müdiri qəzaya düşdü: biri komadadır

Mart 13
18:22 2024
Martın 8-də  Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdir müavini Rəhim Rəhimov, Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev və regional idarənin mühasibi Qubada qəzaya düşüblər. 

Hadisə şahidləri bildirib ki, ağır qəzada xəsarət alan hər üç şəxs xəstəxanaya yerləşdirilib. 

Lerik Rayon Təhsil Şöbəsinin müdiri Zöhrab Salayev hazırda "Modern" Hospitalda komadadır. 

Rəhim Rəhimov və mühasib isə müxtəlif dərəcəli xəsarət alıblar. 

Onların Qubaya hansı məqsədlə getdiyi açıqlanmır. Bundan başqa, xəbərin mediaya çıxmasının da qarşısı alınıb. 

İndiyədək mətbuat bu barədə media heç bir məlumat yaymayıb. 

 "Modern" Hospitaldan məsələyə münasibət öyrənmək mümkün olmayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook