"Nar" ardıcıl 7 il Müştəri Loyallığı İndeksi üzrə lider olduSərfəli xidmətləri ilə tanınan "Nar” 2025-ci ildə də Müştəri Loyallığı İndeksi (NPS – Net Promoter Score) üzrə mobil operatorlar arasında lider mövqeyini qoruyaraq bu göstəricidə ardıcıl 7-ci dəfə bir..
Prezident iki ölkəyə səfir, bir şəhərə baş konsul təyin etdiCavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Qlobal.az xəbər verir ki, bu barədə Prezident İlham Əl..
Azərbaycanla Efiopiya arasında bir sıra sənədlər imzalandıAzərbaycan Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə fevralın 27-də geniş tərkibdə görüşü olub.
Qlobal.az xəbər verir ki, sonra Azərba..
Real TV-nin efirində deputatın dili topuq vurdu - Aparıcı düzəltmək istəsə də... + VİDEO
Milli Məclisin deputatı Aydın Hüseynov Real TV-nin canlı efirində Vaşinqtonda keçirilən Sülh sammiti və Zəngəzur dəhlizi barədə fikirlərini bölüşüb.
Lakin çıxış zamanı millət vəkilinin bir neçə dəfə rabitəsiz cümlələr işlətməsi və fikirlərini ardıcıl ifadə edə bilməməsi diqqətdən yayınmayıb.
Xüsusilə deputatın Zəngəzur dəhlizini "səmərəsiz bir ərazi” kimi səsləndirməsi efirdə çətin anlar yaradıb. Aparıcı dərhal mövzuya müdaxilə edərək, Hüseynovdan fikrini dəqiqləşdirməsini istəyib. Deputat düzəliş etmək istəsə də, yenidən rabitəsiz nitqə yol verib.
Sözügedən çıxışın görüntüləri və dialoqun tam mətni təqdim edirik:
Deputat: "Bu Rusiyanın, regionda konkret olaraq Ermənistandakı təsir dairəsinin, konkret təsiri altında olduğu bir dövrdə biz nə gördük? Orada müharibə gördük, təhdidlər gördük. Eyni zamanda, bütövlükdə dünya iqtisadiyyatının əsas seqmentlərindən biri olan Zəngəzur dəhlizinin,(indən sonrakı fəaliyyətə başlayacaq) bu sahənin səmərəsiz bir ərazi olduğunu gördük. Eləcə də digər cənub qonşumuz da…
Aparıcı müdaxilə edir: Əgər siz demişkən, səmərəsiz olsaydı ABŞ buna bu dərəcədə… Onların düşüncəsi ilə desək…
Deputat: Yox, üzr istəyirəm. Ayrı fikrə gəlirəm. Əslində vacib bir sahəni Rusiyanın nəzarət altında, təsiri altında olduğu kənarda qalmışdı. Yeni, səmərəli, faydalı dünya iqtisadiyyatında əsas oynayacaq bir seqment inteqrasiya olunmamışdı.(Editor.az)