Kahramanmaraşda "Azərbaycan" məhəlləsinin açılış mərasimi keçirilir (CANLI YAYIM)

İyun 19
16:42
2025
Bu dəqiqələrdə Türkiyənin Kahramanmaraş şəhərində "Azərbaycan” məhəlləsinin açılış mərasimi keçirilir.
Qlobal.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib. Sonra "Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Azərbaycan Respublikasının Prezidenti tədbirdə çıxış edib.