SON XƏBƏR

Rasim Əliyevin işi üzrə komitənin ilk iclası keçirilib - VİDEO

Yanvar 21
17:43 2016
Döyülərək öldürülən jurnalist Rasim Əliyevin işi üzrə komitənin ilk iclası keçirilib. Qaynar.info xəbər verir ki, toplantı iştirakçıları məhrum jurnalistin işi ilə baglı aparılan məhkəmə prosesinin detallarını müzakirə ediblər.
 
Komitə üzvləri jurnalistin tibbi yardım üçün müraciət etdiyi bir nömrəli klinik xəstəxananın həkimləri tərəfindən düzgün müalicə olunmamasından və hələ də cəzasız qalmalarından narahat olduqlarını dedilər.
 
Futbolçu Cavid Hüseynov barəsinndə də ibtidai istintaqın düzgün aparılmadığı vurgulandı. Komitənin digər üzvü müstəqil hüquqşünas Ələsgər Məmməsli işdə çoxlu ziddiyyətli məqamlarn oldugunu dedi. Rasim Əliyevin ailəsini məhkəmədə təmsiledən vəkil Fariz Namazlı da müdafiə tərəfin həkimlərin cinayət məsuliyyətinə cəlb edilməsinəi və Cavid Hüseynov barədə seçilən maddənin dəyişdirilməsinə nail olmaga çalışdıqlarını söylədi. Hazırda Rasim Əliyevin işi üsrə Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırma aparılır. Jurnalisti müalicə edən həkimlər isə hələ də azadlıqdadır.
 
Qeyd edək ki, Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Əliyev Rasim Məmmədəli oğlu avqustun 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib. Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
 
Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib. O cümlədən, "Qəbələ” klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirlməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
 
Dekabrın 22-də Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.
 
Xatırladaq ki, həbs edilən şəxslərin bir neçəsi futbolçudur.
 
Qaynar.info
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook