Ramil Usubov ANS-in bağlanmasının səbəbini açıqladı - VİDEO
Avqust 31
14:51
2016
Azərbaycanın daxili işlər naziri Ramil Usubov Türkiyəyə səfəri həmkarı Əfqan Ala ilə görüşüb.
Qlobal.az AzVision.az-a istinadən xəbər verir ki, görüşdən sonra nazirlər birgə mətbuat konfransı keçiriblər.
Türkiyənin daxili işlər naziri Əfqan Ala çıxışı zamanı bildirib ki, iki ölkənin Daxili İşlər Nazirlikləri arasında münasibətlərdə terrorla mübarizə əsas yer tutur. Nazir terror təşkilatlarına qarşı birgə mübarizə aparıldığını qeyd edib.
"Fətullahçı Terror Təşkilatının (FETÖ) Türkiyə və Azərbaycanda fəaliyyətlərinə son qoyulması istiqamətində təsirli əməkdaşlıq davam etməkdədir. Bundan sonra da məlumat və kəşfiyyat bilgilərinin mübadiləsi, görüləcək tədbirlər məsələsində tam fikir birliyində olacağıq”.
Azərbaycan daxili işlər naziri Ramil Usubov Türkiyədə baş vermiş hərbi çevriliş cəhdindən sonra atılan və atılacaq addımların müzakirəsi üçün Türkiyədə olduğunu diqqətə çatırıb. Nazir qeyd edib ki, FETÖ-nün Azərbaycanda təşkilatlanmasına qarşı bundan sonra da lazımi addımlar atılacaq: "Bu, həm də Azərbaycana qarşı yönəlmiş bir cinayətdir. Bundan sonra problemlərin ortadan qaldırılması üçün üzərimizə düşən nə varsa, ən yüksək səviyyədə yerinə yetirəcəyik. Bu hərbi çevriliş cəhdi zamanı şəhid olmuş Türkiyə vətəndaşlarına Allahdan rəhmət, yaralılara şəfa diləyirəm”.

R.Usubov daha sonra ANS telekanalının bağlanmasından söz açıb: "15 iyul tarixindən sonra bir sıra qəzetlər, ANS telekanalı və digər qurumlar bu pozuculara dəstək verdiyinə görə qapadılıb. Bu işlər hazırda da davam etdirilir”.
Qlobal.az