SON XƏBƏR

Qvardiola AVRO-2024-ün favoritlərini açıqladı

İyun 12
07:23 2024
"2024-cü ildə keçiriləcək Avropa çempionatında qalib olmaq üçqn şanslı namizədlər Almaniya və İspaniya yığmalarıdır".

Qaynarinfo xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola deyib.

"Almaniya və İspaniya şanslıdır. İngiltərə? Qələbəyə getdikcə yaxınlaşırlar. Onların bu addımı atmasının vaxtı çatıb.

Yarımmüdafiədə və hücumda çox yaxşı nəsil var. Böyük Britaniyada yaşayıram, ona görə də bu komandanın necə çıxış edəcəyi ilə maraqlanıram”, deyə ispaniyalı mütəxəssis bildirib.

Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin ev sahibləri Şotlandiya, Macarıstan və İsveçrə milliləri ilə yanaşı A qrupunda çıxış edəcəklər. İspaniyanın B qrupundakı rəqibləri Xorvatiya, İtaliya və Albaniya olacaq. İtaliyalılar qitənin hazırkı çempionudur. Koronavirus pandemiyası səbəbindən bir il təxirə salınan və 2021-ci ildə Azərbaycan da daxil olmaqla 11 ölkədə keçirilən turnirin finalında Azzurra komandası İngiltərə komandasına qalib gəlib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook