SON XƏBƏR

Qoyun əti niyə bahalaşır? (AÇIQLAMA)

May 29
14:09 2024
"Dövlətin qiymət tənzimləmə siyasəti olmalıdır. Qiymətlər artırsa, əmək haqqı və pensiya da ona uyğun şəkildə artmalıdır. Belə olanda alıcı da artan qiyməti hiss etməyəcək".
 
Bunu Qaynarinfo-ya iqtisadçı ekspert Əli Əlirzayev qoyun ətinin bahalaşmasının səbəblərindən danışarkən deyib. 

Ekspert artımın səbəblərini yemin qiyməti ilə əlaqələndirir:
 
"Bazar iqtisadiyyatıdır, məhsulların qiymətində tez-tez bahalaşma halları olur. Bahalaşma əsasən tələb və təklifdən asılıdır. Əgər məhsula çəkilən xərc artırsa, bahalaşma qaçılmazdır. Bu gün Azərbaycana yemlərin əksəriyyəti xarici ölkələrdən gətirilir. Sahibkarlar da həmişə yağlı yemlər alır". 

Ekspert bütün bunların qoyun ətinin qiymətinə təsir göstərəcəyini vurğulayıb:

"Sahibkar xərc çəkir, əmək haqqı verir". 

Qeyd edək ki, mütəxəssislər yaxın günlərdə qoyun ətinin bahalaşacağı ilə bağlı məlumatlar yayıb. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook