Qəzvin məhkəməsi azərbaycanlı fəal barədə qərar çıxardı
Noyabr 01
12:45
2021
Oktyabrın 30-da Qəzvin İnqilab Məhkəməsi milli fəal və Azərbaycanın "Traktor” futbol klubunun Qəzvindəki tərəfdarlarının aparıcı fəallarından olan Vəli Əsədi barədə qərar çıxarıb.
Qaynarinfo xəbər verir ki, məhkəmənin qərarına əsasən, qəzvinli milli fəal 31 milyon tümən nağd cərimə ödəməyə məhkum olunub.
"Azad İran" "Telegram" kanalının məlumatına görə,sentyabrın 26-da Vəli Əsədiyə göndərilən çağırışda ona qarşı irəli sürülən ittihamlar əks olunub.
Milli fəala qarşı "ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq və toplanmaq”, "ictimai rəyi qızışdırmaq”, "İran rəhbərini təhqir etmək”, "məhkumluğu olan separatçı Abbas Lisanini müdafiə etmək", "türk və ərəb separatçılarını dəstəkləmək”, "separatçı şüarlar yaymaq”, "İslam Cümhuriyyətinə qarşı təhlükə törətmək və ölkənin əmniyətini pozmağa çağırış” ittihamları irəli sürülüb.
Məhkəmə Əsədini "rejimə qarşı təbliğat fəaliyyəti”nə və "İran İslam Respublikasının qurucusunu təhqir etmək” ittihamlarına görə maddi cəzaya məhkum edib.
İrəli sürülən cəzalardan yalnız biri tətbiq oluna bilər.
Qəzvinli fəal 28 sentyabr 2020-ci ildə "kiber məkanda İslam Cumhuriyyətinə qarşı təbliğat” ittihamı iıə əmniyət məmurları tərəfindən saxlanılaraq bir həftə dindirilib və 50 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.
Qeyd edək ki, son illər Güney Azərbaycanın başqa bölgələrində olduğu kimi, Qəzvin əyalətində də milli-mədəni fəallara qarşı basqılar çoxalıb.
Çox sayda qəzvinli türk dili fəalı çağrılıb, dindirilib və müxtəlif cəzalara məhkum edilib.