SON XƏBƏR

Qərb Putini rəsmən korrupsioner elan etdi

Yanvar 26
00:04 2016
Britaniyanın BBC telekanalı bu gün, yanvarın 25-də "Putinin gizli var-dövləti” adlı film nümayiş etdirəcək.
 
Filmdə Rusiya prezidentinin hakimiyyətindən istifadə edərək necə dünyanın ən varlı adamlarından birinə çevrilməsindən bəhs edəcək. Putin böyük miqyaslı korrupsiyada ittiham edilir. Onun tənqidçiləri iddia edir ki, Kreml rəhbəri böyük sərvət toplamaq üçün hakimiyyətindən istifadə edib.
 
Reportyor Riçard Bilton vaxtilə Kremldə çalışan və Ptinin sərvəti barədə barədə məlumatlı olduqlarını iddia edən şəxslərlə görüşüb. Yarım saatlıq film Panorama proqramında nümayiş etdiriləcək. Son günlər Britaniya mətbuatında Putinin adına daha çox Litvinenko işi il bağlı rast gəlinir.
 
ABŞ maliyyə nazirliyinin nümayəndəsi adam Şubin də BBC-yə açıqlamasında Rusiya prezidenti Putinin korrupsioner hesab etdiklərini deyib. Onun sözlərinə görə, yaxınlarına və dostlarına ölkənin sərvətlərini talamağa imkan verir. Bu isə korrupsiyadır. Rusiya prezidentinin mətbuat xidməti Peskov isə BBC-ə açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını bildirib.
 
Putin özü isə Panorama proqramına müsahibə verməkdən imtina edib.
 
azadlıq.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook