Qarabağdakı Rusiya sülhməramlılarına minaaxtaranlar da qoşulacaq - VİDEO
Noyabr 23
12:01
2020
Rusiya Beynəlxalq Mina Əməliyyat Mərkəzi bölmələrinin mütəxəssisləri Qarabağa gələcəklər. Bu barədə "RİA Novosti” ölkənin Müdafiə Nazirliyinə istinadla xəbər yayır.
Bildirilir ki, xüsusi heyət İrəvan - Gorus - Xankəndi marşrutu ilə irəliləməyə hazırdır.
Mütəxəssislər təyinat yerinə çatdıqdan sonra partlayıcı obyektlərin mühəndis kəşfiyyatı, minalardan təmizlənməsi və məhv edilməsi üçün tapşırıqları yerinə yetirməyə başlayacaqlar.