SON XƏBƏR

Qambiya İslam dövləti oldu

Dekabr 13
11:43 2015
Qambiya Prezidenti Yəhya Camme bu gündən etibarən ölkəsinin İslam dövləti olduğunu açıqlayıb.
 
Axar.az xəbər verir ki, prezident ölkənin sahil şəhəri Brufutda verdiyi açıqlamada vətəndaş hüquqlarının tapdanmadığı İslam ölkəsi yaradılacağını deyib: "Qambiyanın taleyi uca Allahın əlindədir. Bu gündən etibarən Qambiya bir İslam dövlətidir. Vətəndaşlarımızın hüquqlarına hörmət edən bir İslam dövləti olacağıq”.
 
1994-cü ildən ölkəyə başçılıq edən Cammenin açıqlaması prezidentin rəsmi saytında verilib.
 
Xatırladaq ki, Qambiya əhalisinin 90 %-ini müsəlmanlar təşkil edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook