SON XƏBƏR

Qalmaqallı məmur Naxçıvanda: TƏBİB sədrinin vəzifə verdiyi Bayram Mikayılov kimdir?

Yanvar 16
23:38 2024
Culfa rayon Mərkəzi Xəstəxanasına yeni icraçı direktor təyin edilib.
 
AzFakt.com xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Samiq Sadıxov sərəncam imzalayıb. Naxçıvan MR-nın Səhiyyə nazirinin əmrinə əsasən Bayram Mikayılov icraçı direktor təyin edilib. 
 
Samiq Sadıxovun uzun illərdir adı müxtəlif qalmaqallarda hallanan bir şəxsi yüksək vəzifəyə təyin etməsi ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. 
 
Bu məsələ sosial şəbəkələrdə də ciddi müzakirə olunmaqdadır. 
 
Qeyd edək ki, Bayram Mikayılov 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Saatlı rayon şöbəsinin müdiri işləyərkən rayon sakini, ahıl yaşlarında olan Elşən Allahyarovu öz iş otağında aşağılayıcı sözlərlə təhqir etməsi ilə gündəmə gəlmişdi. Video görüntüsü yayılan bu hadisə o zaman mediada geniş yayılmış, Azərbaycan dövlətinin, gerbinin altında kresloda əyləşən bir məmurun ağsaqqal, fiziki məhdudiyyətləri olan bir şəxsə qarşı etdiyi aşağılayıcı hərəkətlər qınanılmışdı.
 
Bayram Mikayılov daha bir qalmaqalı ilə 2017-ci ildə medianın gündəminə gəlib. O zaman B.Mikayılov Bakının Xətai rayonu ərazisində həyat yoldaşı Gülnarə Cəbrayılovanı bıçaqlamış, buna görə də Xətai rayon Polis İdarəsində barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə cinayət işi başlanmışdı.
 
Bayram Mikayılov 2019-cu ildə DSMF-nin Sabirabad rayon şöbəsinə rəisi vəzifəsində çalışarkən vətəndaşların pensiyasıyla bağlı külli miqdarda pullarını mənimsəməkdə ittiham olunaraq işdən çıxarılaraq, onun əməlinə hüquqi qiymət verilməsi üçün barəsində toplanmış materiallar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və qısamüddətli həbs edilmişdi.
 
Sonradan TƏBİB xəttinə yol tapan Bayram Mikayılov 2022-ci ildə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına direktorun maliyyə işləri üzrə müavini vəzifəsinə təyin edilib. Lakin bir müddət sonra maliyyə maxinasiyalarına və Qarabağ qazilərinə qarşı göstərdiyi kobud rəftara görə Bayram Mikayılov vəzifədən uzaqlaşdırıldı.
 
Məmura yaraşmayan hərəkətləri ilə daim yeni-yeni qalmaqallar yaradan bir şəxsin Culfa rayon Mərkəzi Xəstəxanası kimi strateji quruma icraçı direktor gətirilməsi naxçıvanlıların Muxtar Respublikanın yeni rəhbərliyinə qarşı olan inamını zədələyir. 
 
Əldə etdiyimiz daha bir məlumatda isə Bayram Mikayılovun Culfa rayon Mərkəzi Xəstəxanasına icraçı direktor təyin edilməsi Fuad Nəcəflinin razılığı ilə olub. Belə ki, Fuad Nəcəfli ilə Bayram Mikayılovun ortaq dostlarının olduğu, bu təyinatın da ortaq dostların təklifi ilə reallaşdığı bildirilir.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook