"Qaçqınkom" sədrindən qaçqınlara çağırış: "Pulu alan kimi bazara qaçmayın" - VİDEO
Yanvar 27
13:15
2017
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom”) sədri Əli Həsənov məcburi köçkünlərə müraciət edib.
AZXEBER.COM xəbər verir ki, "Qaçqınkom” sədri AZTV-dəki çıxışında məcburi köçkünlərə məsləhətlər verib. O, məcburi köçkünlərə öz kommunal borclarını ödəməyi və əllərindəki puldan ehtiyyatla istifadə etməyi tövsiyyə edib:

"Ailə var ki, 10 nəfərdən ibarətdir. İndi onlar birlikdə 360 manat alacaqlar. Ailə də var ki, 5 nəfərdir, 180 manat alacaq. Bu, böyük vəsaitdir. Məcburi köçkün ailələrinin problemləri də var. O dəqiqə həmin vəsaiti hara gəldi xərcləməsinlər. Kommunal xərclərin vəsaitini ayırıb qırağa qoysunlar. Çünki ayın sonunda kommunal xidmət təşkilatları gəlib qapılarını döyəcəklıər ki, ödə. Narazılıq yaranmasın deyə, böyük vəsaiti alan kimi köçkün sevindiyindən bazara qaçmasın. Əvvəla o vəsaiti kənara qoysun , ondan sonra nə alacaqsa onunla bazarlıq etsin və.s. Yəni ailə büdcəsinə nəzarət etməyə başlasınlar”.