SON XƏBƏR

“Putini dayandırmaq lazımdır” - Boris Conson

İyul 06
09:43 2022
Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzünün beşinci ayında Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib ki, təcavüzkar ölkənin Prezidenti Vladimir Putini dayandırmaq lazımdır.

Bu barədə o, Britaniya parlamentinin İcmalar Palasınında çıxışı zamanı bəyan edib («Quardian»).

Conson qeyd edib ki, Britaniya müttəfiqlərə qoşulmalıdır ki, Ukrayna qələbə çalsın.

«Əgər Putin Ukraynada saxlanılmasa, özünün revanşist hücumları üçün yeni hədəflər tapacaq. Biz, hansısa abstrakt idealı müdafiə etmirik, dinc dünyanın birinci prinsipini müdafiə edirik. Bu prinsip onu nəzərdə tutur ki, böyük və güclü ölkələrin qonşuları parçalamasına yol vermək olmaz…» - Britaniyanın Baş naziri deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook