SON XƏBƏR

Putin Türkiyə ilə xeyli sayda maraqlı ortaq layihələrin olacağını açıqlayıb

Dekabr 05
01:42 2023
Rusiya Prezidenti Vladimir Putin Türkiyə ilə çoxlu yeni maraqlı layihələrin olacağını açıqlayıb.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı xarici ölkələrin səfirlərinin, o cümlədən Türkiyənin Rusiya Federasiyasındakı səfiri Tanju Bilgiçin etimadnaməsini təqdim etmə mərasimində deyib.

"Bizim ticarət və yüksək texnologiya sahələrində hələ çox, çox maraqlı layihələrimiz, birgə başlanğıclarımız var”, – o qeyd edib.

Artıq həyata keçirilən layihələrə misal olaraq Putin iki ölkə arasında enerji sahəsində əməkdaşlığı göstərib. Onun qiymətləndirməsinə görə, bu sahədə qarşılıqlı fəaliyyət "həqiqətən də strateji xarakter daşıyır”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook