SON XƏBƏR

"Putin sərhədi keçərsə, qarşısında bizi görəcək"

Aprel 06
06:33 2016
NATO-nun apropalı komandiri Rusiyanı hədələyib. ANS PRESS-in məlumatına görə, Estoniya televiziyasına müsahibə verən NATO-nun Avropa birləşmiş qüvvələrinin baş hərbi komandanı, general Filip Bridlav deyib ki, Putin sərhədi keçərsə qarşısında bir ölkəni deyil, NATO-nu görəcək.

O bildirib ki, Rusiya prezidenti Vladimir Putin çox güclü orduya sahibdir. 

"Rus əsgəri Suriya və Ukraynanın şərqində özünü göstərə bilib. Putin son 5 il ərzində orduya çox böyük xərc çəkib. Rusiyanın nüvə silahından istifadə gücü çox yüksəkdir. Sualtı və adi gəmiləri xüsusi raketlərlə təmin edilib”, - deyə NATO rəsmisi bildirib. 

Bridlav qeyd edib ki, NATO  Rusiyanın hərbi cəhətdən daha da güclənməsinin qarşısını almalıdır. "Bunun üçün NATO Şərqi Avropada və Baltikyanı dövlətlərdə silahlı qüvvələrini yerləşdirməlidir. O zaman Putin sərhəddən baxanda bir ölkəni deyil, NATO-nu görəcək.

 
 
Bridlav bildirib ki, NATO Rusiyanın addımlarını ciddi şəkildə izləməlidir. 

Qeyd edək ki, 2014-cü ildə Rusiyanın Ukrayna ərazisinə müdaxilə etməsi nəticəsində NATO ilə rəsmi Moskva arasında münasibətlər gərginləşib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook