SON XƏBƏR

Putin məmurların kütləvi ixtisarına başladı (FOTO)

Yanvar 01
10:27 2016
Qanunda 10 % məmurun işdən azad olunacağı nəzərdə tutulub. Rusiya prezidenti Vladimir Putin bəzi idarə və təşkilatlarda ştatların sayının azaldılması barədə fərman imzalayıb.
 
ANS PRESS-in məlumatına görə, sərəncama əsasən bu, Prezident Administrasiyası, FHN , Müdafiə Nazirliyi, Məhkəmə İcraçıları Federal xidməti, prokurorluq orqanları və bir sıra digər idarələrin işçilərinə aid edilir.
 
Prezidentin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, qanun layihəsi müxtəlif nazirliklərdə və idarələrdə, o cümlədən İstintaq komitəsi və Baş Prokurorluq və onlara tabe olan idarələrdə məmur aparatının azaldılmasına yönələn ardıcıl işlərin davamıdır.
 
Qanunda 10 % məmurun işdən azad olunacağı nəzərdə tutulub.
 

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov
 
21 dekabrda Baş nazir Dmitri Medvedyev yanvarın birindən dövlət mülki qulluqçularının sayının 10% azaldılması haqqında qanun imzalayıb. Eynilə dekabr ayında dövlət qulluqçularının, hakimlərin və hərbçilərin əmək haqlarının 2016-cı ildə indeksləşdirilməsi haqqında qanun qəbul edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook