SON XƏBƏR

Prezidentin tapşırığı ilə növbəti yardım təyyarəsi Türkiyəyə yola düşdü (VİDEO)

Fevral 07
15:53 2023
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.
 
Qlobal.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Heydər Əliyev Beynəlxalq Aeroportundan Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, ədyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün 3 ədəd konteyner yola salınıb.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook