Pentaqonun yeni rəhbəri kimdir? – jurnalist, cinsi zorakılıq, alkoqoldan sui-istifadə
Yanvar 25
11:48
2025
ABŞ Senatı Pit Heqseti müdafiə naziri vəzifəsinə təsdiqləyib. Qərar, 24 yanvar, cümə günü axşamı, vitse-prezident Cey Di Vensin həlledici səsi sayəsində minimal fərqlə qəbul edilib.
Qaynarinfo bu barədə "The Washington Post"a istinadla xəbər verir.
Qeyd edilir ki, səsvermə 50-50 nəticəsi ilə yekunlaşıb. Üç respublikaçı demokratlara qoşularaq Heqsetin namizədliyinə qarşı çıxıb. Buna baxmayaraq, vitse-prezident Cey Di Vensin səsi həlledici olub.
"Bu, ABŞ tarixində nazir vəzifəsinə təyinat üçün vitse-prezidentin səsinin lazım olduğu ikinci haldır və Vens palataya daxil olanda respublikaçılar onu alqışlarla qarşılayıblar", – deyə WP yazır.
UNIAN xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp müdafiə naziri vəzifəsi üçün seçim etdiyini bəyan edib. Bu vəzifəyə o, 44 yaşlı "Fox News" aparıcısı Pit Heqsetin namizədliyini irəli sürüb.
Sonradan məlum olub ki, Tramp Pentaqon rəhbəri postuna namizəd kimi prezident seçkilərində rəqibi olmuş Floridanın qubernatoru Ron DeSantisi də nəzərdən keçirib. DeSantis İraqda və Quantanamo həbsxanasında hərbi-dəniz hüquqşünası kimi xidmət edib və müdafiə naziri vəzifəsi üçün ilkin namizədlər siyahısında olub. Bildirilir ki, Heqset cinsi zorakılıq və alkoqoldan sui-istifadə ittihamlarına görə tənqid olunur.