SON XƏBƏR

Partiya sədri: "Qazinin qürurunu alçaldıb ölümünə səbəb olanlar cavab verməlidir"

İyul 14
13:21 2022
"İcra başçısının açıqlaması tamamilə qəbulolunmazdır. Bu hadisədən sonra icra başçısının orada qalması çox ciddi psixoloji gərginliyə səbəb ola bilər”.

Bu sözləri Bakupost.az -a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri, sabiq Baş nazir Pənah Hüseyn deyib.

Sabiq nazirin sözlərinə görə, özünü yandıraraq intihar edən qazinin videodakı sözləri ciddi araşdırma tələb edir:

"Vəfat etmiş qazinin videosundan onun qürurunun alçaldılması və mənəvi sarsıntı yaşadığı açıq şəkildə görünür. Hansı tədbirlərin görülüb-görülməməsindən asılı olmayaraq, onların hərəkətləri qazini intihar həddinə çatdırıbsa, buna görə cavab vermək lazımdır. Bu məsələ ilə bağlı cinayət işi açılıb, araşdırılmaldır. Çünki Bunun üçün məsuliyyət daşıyanlarla, o cümlədən qazinin videoda dediyi sözlərlə bağlı ciddi araşdırma aparılmaldır. İcra başçısının məsuliyyəti göz qabağındadır".

P.Hüseyn bildirib ki, qazilərin intihar həddinə çatmasına şərait yaradılmamalıdır: "Qazilərə, şəhid ailələrinə, ümumiyyətlə, vətəndaşlara biganə münasibət bəsləyən icra qurumlarının nümayəndələri özləri dövlətə xəyanət edirlər. Qazilərimizə bir daha müraciət etmək istəyirəm. İntihar heç də yaxşı seçim deyil. Düşmənə qarşı necə mübarizə aparıblarsa, eləcə də öz hüquqları uğrunda dönmədən, əyilmədən mübarizə aparmaq lazımdır. Bu məsələ ilə bağlı kompleks və sistemli tədbirlər görülməlidir. Qazilərə qarşı ədalətli münasibət olmaldır. Lakin məlumdur ki, çox yerdə məmurlar qazilərə qarşı ədalətli deyillər. Çox təəssüf ki, daha bir faciənin şahidi olduq”.
 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook