SON XƏBƏR

Parlament seçkilərində 37684 nəfər yerli müşahidəçi olacaq

Oktyabr 16
13:46 2015
Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Dairə Seçki Komissiyalarında (DSK) 37079, MSK-da isə 605 müşahidəçi qeydiyyatdan keçib. Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.
 
Onun sözlərinə görə, seçkiləri müşahidə etmək üçün 19 beynəlxalq qurumdan 222 müşahidəçi MSK-da qeydə alınıb. İclasda həmçinin namizədliyin qeydə alınmasından imtina ilə bağlı Dairə Seçki Komissiyalarının qərarları ilə bağlı MSK-ya daxil olmuş bir neçə müraciətə baxılıb. Baxılan müraciətlərin 1-i üzrə DSK-nın qərarı ləğv edilərək müraciət təmin edilib.
Bundan əlavə, iclasda bəzi Dairə Seçki Komissiyalarının tərkibinə dəyişiklik edilib. Həmçinin, Ümid Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.
 
Trend İA



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook