"Parabank" prezidentə ünvanlanan şikayəti əsassız sayır
Oktyabr 14
12:02
2015
"Şirvan şəhər sakini İqbal Mikayılovun şikayətinə cavab olaraq bildirik ki, İqbal Mikayılovun ittihamları əsassız və ümumiyyətlə həqiqətə uyğun deyil".
Bunu "Parabannk" ASC-nin Filialların idarəedilməsi və satış departamentinin satışın stimullaşdırılması və keyfiyyətin artırılması şöbəsinin mütəxəssisi Bəhruz Məmmədzadə Musavat.com-a göndərdiyi məktubda bildirir.
Bank əməkdaşının sözlərinə görə, İqbal Mikayılovun kredit sifarişinə "Parabank" ASC-nin daxili prosedurları əsasında baxılıb və imtina verilib.
"Parabank ASC olaraq İqbal Mikayılovun bütün itihamlarını təkzib edirik", - məktubda qeyd olunur.
Xatırladaq ki, Şirvan şəhər sakini İqbal Mikayılov prezidentə ünvanladıığı müraciətdə 2004-cü ildə təsis etdiyi və ötən ildən inkişaf etdirdiyi "İLHAM” MMC kəndli fermer təsərrüfatının bağlanmaq, məhv olmaq üzrə olduğunu yazıb və bildirib ki, "İLHAM” MMC kəndli fermer təsərrüfatının fəaliyyətinin genişlənməsi, ölkəmizin iqtisadiyyatına töhfə verməsinə "Parabank”ın sədri Vəli Quliyev imkan vermir.