SON XƏBƏR

Pakistanın Baş naziri bu gün Türkiyəyə gedir

Fevral 16
14:52 2023
Pakistanın Baş naziri Şahbaz Şərif zəlzələ ilə bağlı dəstəyini və həmrəyliyini ifadə etmək üçün bu gün Türkiyəyə gedəcək.

Pakistanın Xarici İşlər Nazirliyinin məlumatına görə, Şahbaz Şərif Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək zəlzələnin səbəb olduğu çoxsaylı insan tələfatı və miqyaslı dağıntılarla əlaqədar Pakistan xalqının başsağlığını çatdıracaq.

Baş nazir, həmçinin təbii fəlakətdən zərər çəkən bölgələri ziyarət edəcək, zəlzələ zonasında fəaliyyət göstərən pakistanlı xilasedicilərlə və yerli sakinlərlə görüşəcək. //Teleqraf.com//



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook