SON XƏBƏR

Pakistanda zəlzələ nəticəsində ölənlərin sayı 180 nəfəri ötüb

Oktyabr 27
15:56 2015
Episentri Əfqanıstanda olan zəlzələ nəticəsində ən azı 180 pakistanlı həlak olub.
 
Qlobalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin FOX tv-sı məlumat yayıb.
 
Bunadək ölənlərin 156, yaralıların isə ən azı 500 nəfər olduğu bildirilirdi. Hazırda zərərçəkənlər Xeybər- Paxtunxva vilayətində xəstəxanaya yerləşdirilib. Seysmoloqların məlumatına görə, yeraltı təkanların ocağı 199 km. dərinlikdə olub. Zəlzələ qonşu Pakistan, Hindistan, Qırğızıstan, Azərbaycan və Qazaxıstanda da hiss olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook