Çoxarvadlılığı dəstəkləyən qırğız ruhanisi: "Birinci arvadım bir az məyusdur"
Noyabr 30
10:38
2017
Çubak ajı Cəlilov YouTube-da yerləşdirilmiş videoda çoxarvadlılığı dəstəkləyib.
Qırğızıstan 1991-cu ildən müstəqillik qazanıb, ölkədə 6 milyon əhali yaşayır.
Qırğızıstanın dini liderinin media yayımında ikinci arvad aldığını etiraf etməsi və başqa kişiləri də ona əməl etməyə çağırması sosial mediada qarışıq reaksiya doğurub.
Çubak ajı Cəlilov YouTube-da Nasaat Media tərəfindən yerləşdirilmiş videoda deyib: "Birinci arvadımı boşamamışam. O, indi bir qədər qəzəblidir".
Bu videoya dərc olunandan sonra, 60 min dəfə baxılıb - və baxanların sayı, video dərc olunduqdan sonra, hər saat 5,000 istifadəçiyə artıb.Qırğız konstitusiyasına görə, çoxarvadlılıq ölkədə qadağandır.
Qırğızıstan 1991-cu ildən müstəqillik qazanıb, ölkədə 6 milyon əhali yaşayır.
Cəlilov deyib ki, onun ikinci arvadı 30 yaşlı dul qadındır, bir övladı var, Türkiyədə yaşayır.
O, digər kişiləri də ikincə arvad almağa çağırıb.
Keçmiş müfti - İslam hüquqşünası - olan Cəlilov öz çağırışını bir çox qırğız qadınının Rusiya, Türkiyə və Çinə yollanması ilə əsaslandırır.
"Onların Qırğızıstanda qeydinə qalınmalıdır", - Calilov deyib.
O hesab edir ki, qadınlar ərlərinə ikinci arvad almağa icazə verməlidir, lakin öz arvadının onun atdığı addımdan bir az məyus olduğunu da etiraf edib: "Düşünürəm, hər şey düzələcək. Onun məyus olmaq və qısqanmaq haqqı var".
Bəziləri hesab edir ki, o, düzgün hərəkət edib.
"Şəriət qanunları buna icazə verir", - Facebook istifadəçisi Jyldyz Sultanova yazıb.
Bloqer Daniar Aitman bununla razılaşmayaraq Facebook-da yazıb ki, bu hərəkət "dünyəvi dövlətə və vətəndaş cəmiyyətinə meydan oxumaqdır".
Lakin bloqerə cavab verənlərdən biri yazıb ki, çoxarvadlılıq heç də yeni bir hal deyil: "İndiki dövrdə hər ikinci adamın iki arvadı var.
Prezidentlərin də ikinci arvadı var. Yeganə fərq ondadır ki, onlar birinci arvadlarını atır, Çubak Cəlilov isə birinci arvadını boşamayıb, ikinci arvadının da qayğısına qalır. İkinci arvad iknci olmağa razılıq verirsə, problem nədədir?"
Qırğızıstanın tanınmış hüquq müdafiəçisi, Kılım Şamı hüquq müdafiə təşkilatının rəhbəri Əzizə Əbdurəsulova öz Facebook səhifəsində yazıb kı, Şubak ajı Cəlilov "bilərəkdən qanunu pozub və vətəndaşları da buna çağırıb".
Buna görə Kılım Şamı məsələ ilə bağlı Bişkek Prokurorluğuna rəsmi ərizə ilə müraciət edib (BBC).