Orhan İnandı həbs edildi
İyul 06
15:29
2021
Fətullahçı Terror Təşkilatının (FETÖ) Mərkəzi Asiyada əsas adamı olaraq tanınan Orhan İnandı Türkiyə Milli Kəşfiyyat Təşkilatının xaricdə apardığı əməliyyat çərçivəsində saxlanılıb.
Cebhe.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, "silahlı terror təşkilatı qurmaq və idarə etmək”də ittiham olunur.
Orhan İnandı tutularaq Türkiyəyə gətirilib.
İlkin məlumatlar Fətullahçı Terror Təşkilatının (FETÖ) Mərkəzi Asiyada əsas adamı olaraq tanınan Orhan İnandının Qırğızıstanda saxlanıldığını deməyə əsas verir.
Silahlı terror təşkilatı qurmaq və idarə etməkdə ittiham olunan Orhan İnandının hansı ölkədə saxlanıldığı əvəvlcə rəsmən açıqlanmayıb. Cebhe.info xəbər verir ki, "Azadlıq” radiosunun Bişkek bürosunun verdiyi məlumata görə, İnandı Qırğızıstandakı "Sapat" beynəlxalq təhsil müəssisəsinə rəhbərlik edib. Orxan İnandı iyunun 1-də gecə saatlarında Bişkekdə itkin düşüb. Polis baş vermiş faktla əlaqədar Qırğızıstan Respublikası Cinayət Məcəlləsinin 170-ci ("Adam qaçırma”) maddəsi ilə cinayət işi açıb.
O, daha sonra İnterpol tərəfindən beynəlxalq axtarışa verilib. Bu məsələ Qırğızıstan parlamentində də qaldırılıb. Qeyd edilir ki, 2019-cu ildə Qırğızıstanın Orhan İnandanı Türkiyəyə təhvil verməkdən imtina edib. Millət vəkilləri onun yoxa çıxmasını siyasi əməliyyat adlandırıblar, "bir adam sadəcə itə bilməz” deyiblər.
Prezident Rəcəb Tayyib Ərdoğan Orhan İnandının Türkiyəyə gətirildiyini açıqlayıb. O, 5 iyulda xalqa müraciəti zamanı bildirib ki, Türkiyə xüsusi xidmət orqanlarının nümayəndələri "FETÖ-nin Orta Asiyada meneceri” adlandırılan Orhan İnandını ölkəyə gətirib "İnadı FETÖ-nin üst rəhbərliyinə daxildir və təşkilatın "çirkli pul”larını Orta Asiyaya göndərib. Digər terror təşkilatları kimi FETÖ ilə mübarizəmizi davam etdirəcəyik”,- deyə Ərdoğan vurğulayıb.
Ərdoğan çıxışında daha əvvəl FETÖ ilə əlaqəsi olan 100-dən çox Türkiyə vətəndaşının Türkiyəyə gətirildiyini əlavə edib. Səlahəddin Gülən, Ahmet Yigit və İsmayıl Okkalının Şimali Kiprdən, Gürbü Sevilay və Tamer Avcı Özbəkistandan, Yasin İnan Ukraynadan, Həsən Hüseyn Günakan -Kosovodan gətirilib.
2018-ci ildə Monqolustanda da FETÖ ilə əlaqəsi olan Türkiyə vətəndaşlarına qarşı xüsusi əməliyyat keçirilib. Türkiyənin xüsusi xidmət orqanlarının nümayəndələri Ulan-Batordakı liseylərin direktoru Veysəl Akçayı saxlayıblar. Ancaq Monqolustan səlahiyyətliləri təyyarənin uçmasına icazə verməyiblər.
Ərdoğanın açıqlamasından sonra media Orhan İnandının terrorçu qrupa üzvü olduğu üçün Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən axtarıldığını yazıb.
Eyni zamanda, Orxan İnandının Qırğızıstan Respublikasının dövlət sərhədini rəsmi olaraq keçmədiyi bildirilir. Orhan İnandının həyat yoldaşı Reyhan İnandı sosial şəbəkə vasitəsi ilə ərinin Qırğızıstandakı Türkiyə səfirliyinin binasında zorla saxlanıldığını iddia edib.

Qırğızıstan Prezidentinin mətbuat katibi Erbol Sultanbaev Sadr Japarovun Türkiyəyə səfəri zamanı Rəcəb Tayyib Ərdoğandan Qırğızıstanda itkin düşən Orxan İnandı haqqında soruşduğunu bildirib: "Ərdoğan onu tanımadığını, məlumatı olmadığını və FETÖ tərəfdarları haqqında bir şey eşitmək istəmədiyini cavab verib".
Qlobal.az