SON XƏBƏR

“Orbita” MTK-ya məxsus binada çat yarandı – VİDEO

Aprel 18
11:43 2023
Bakının Nizami rayonu, "Qara Qarayev” metrostansiyasının yaxınlığında "Orbita” MTK-ya məxsus binada çat yaranıb.

Pravda.az xəbər verir ki, bu barədə bloqer Saleh Nəsirov video paylaşıb.

Bildirilib ki, ərazidə kran işləyir.

Sosial şəbəkələrdə paylaşılan videoya şərh yazan istifadəçilər binanın yenidən yoxlanması üçün çağırış ediblər.

Şirkətin rəsmi saytındakı telefon nömrələrinə zəng edilsə də, cavab verilməyib. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook