SON XƏBƏR

Orban Aİ-yə sual etdi: Ukraynanı Rusiyanın işğal etdiyi bölgələri ilə qəbul edəcək?

Dekabr 22
11:16 2023
Avropa İttifaqı Ukrayna ilə üzvlük danışıqlarına başlamamalıdır, çünki onun ərazisində silahlı münaqişə davam edir və orada Rusiya hərbçiləri var. 

Qaynarinfo xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban cümə axşamı axşam HIRTV kanalının proqramında çıxışı zamanı deyib.

"Söhbət ərazisində rus əsgərlərinin olduğu ölkədən gedir. Biz onları da [Aİ-yə] qəbul edəcəyikmi?" – deyə hökumət başçısı Brüsselə ritorik sual ünvanlayıb. O xatırladıb ki, indi nə Ukrayna ərazisinin ölçüsünü, nə də əhalisinin sayını dəqiq müəyyən etmək mümkündür və bu baxımdan onun Avropa İttifaqına daxil olmasının nəticələri gözlənilməz görünür.

Orban xatırladıb ki, Aİ-nin dekabrın 14-15-də Brüsseldə keçirilən sammitində o, Ukrayna ilə Aİ-yə üzvlüklə bağlı danışıqların başlanmasına qarşı çıxıb, lakin icmanın qalan 26 ölkəsinin liderlərini razı sala bilməyib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook