SON XƏBƏR

Ombudsmanın əlilliyi olan şəxslərin hüquqları ilə bağlı hesabat hazırlaması təklif edilir

Aprel 26
11:25 2024
"Ombudsman institutunun əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlamasını təklif edirəm”.
APA xəbər verir ki, bunu parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, məsələ ilə əlaqəli bir çox ölkələrin təcrübəsinə nəzər yetirib.

Deputatın sözlərinə görə, həmin ölkələrdə Ombudsman institutu bir çox sahədə illik hesabat hazırlayır:

"Həmin hesabatlardan biri də əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlıdır. Çünki Ombudsman institutu tərəfindən əlilliyi olan şəxslərin hüquqlarının qorunması ilə bağlı illik hesabat hazırlaması çox vacibdir”.

Deputat Jalə Əliyeva isə deyib ki, Azərbaycanda əlilliyin təyin edilməsi ilə bağlı boşluqlar və problemlər var:

"Baxmayaraq ki, bu sahədə dövlətin həyata keçirdiyi işlərdə çox böyük uğurlar əldə etmişik, amma hələ də bu məsələlərlə bağlı hər birimizə onlarla məktub daxil olur. Təklif edirəm ki, bu qəbildən olan problemlər Ombudsman İnstitutu tərəfindən nəzarətə götürülsün".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook