SON XƏBƏR

“Oğlumun tabutuna dedim ki, haqqını bizə halal et, oğul“ - VİDEO

Dekabr 09
01:52 2020
ARB Xəbər şəhid Tural Rəhimov haqqında süjet hazırlayıb.

Gəray Rəhimov (Şəhidin atası): "Səhər-səhər saat 10-a qalmışdı, zəng elədi. Dedi "Ata, narahat olmayın, narahat olmağa bir əsas yoxdur. Biz irəliyə doğru gedirik, mən şəhid ola bilərəm, amma mənim üçün heç vaxt heyfslənməyin”. Bax belə bir oğlan idi o”.

Bəlkə də, o zamanlar Turalın dedikləri bir o qədər diqqət cəlb etmirdi. Amma indi, onun arzularına qulaq asanda Turalın kortəbii şəhid olmadığına əmin olursan. Ata yurduna, Vətəninə bu qədər bağlı olan Turalı bu ruhda böyüdən bir ana var, başını dik tutub qürurla "mən şəhid anasıyam" deyir Süsən xanım.

Süsən Məmmədova (Şəhid anası): "18 Yaşının olmasına baxmayaraq, çox hörmət qazanmışdı, çox adam deyir ki, sən 18 il zəhmət çəkib övlad böyütmüsən. Amma mən nə qədər fikirləşirəm, o əziyyəti hiss etmirəm. Çünki Tural mənə əziyyət verməyib.

Mən Turalın tabutuna dedim ki, "Tural, bir ana kimi mənim sənin üzərində haqqım yoxdur, çünki sən mənə hiss elətdirməmisən bunu, sən mənə haqqını halal elə, oğul”. Mən qürur duyuram ki, mənim Tural kimi övladım olub.

Amma qismətdə şəhid olmaq varmış. Sarılıb getdiyi bayrağa sarılaraq geri dönmək.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook