“Odda - İki bacı” filmi: Hədəf Azərbaycan tamaşaçısında PKK-ya rəğbət yaratmaqdır
Dekabr 01
11:15
2022
"Odda - İki bacı” - (Sisters apart) filminin Bakıda nümayiş etdirilməsi məsələsi müzakirələrə səbəb olub. Film alman əsgərlərin İraqda kürd qadın döyüşçüləri İŞİD-ə qarşı mübarizəyə hazırlamasından bəhs edir.
Təkcə bu məqam filmin nümayişində hədəfin Azərbaycan tamaşaçısında PKK-ya rəğbət yaratmaq olduğunu deməyə əsas verir.
İraqda, eləcə də Suriyada "kürd döyüşçülər” və İŞİD amili Qərbin PKK-nı legitimləşdirmək təbliğatının tərkib hissəsidir: PKK-çıları terrorçu yox, "azadlıq döyüşçüləri” adlandırır və İŞİD terroruna qarşı mübarizə apardıqlarını deyirlər, bu gün PKK-nın Suriya qanadı olan PYD/YPG ilə ABŞ-ın müttəfiqliyi də buna əsaslanır. Bu təbliğatla həm də Qərbin terrorçulara yox, terrorizmə qarşı döyüşənlərə dəstək verdiyi fikri aşılanır.

"Sisters apart” filminin ümumi məğzi də PKK-nı legitimləşdirməkdən ibarətdir. Film Avropa İttifaqı film festivalı çərçivəsində göstəriləcəkdi, lakin kinoteatrlar imtina edib. İndi Almaniya səfirliyi Türkiyəyə qarşı olan filmi dekabrın 5-də "Landmark”da nümayiş etdirməyi planlaşdırır.
Asif Nərimanlı
Qaynarinfo.az