Ocağın gənclərlə yeni görüşü
Oktyabr 07
13:54
2016
Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız!
İzlənilən odur ki, toplumumuzda ulusal dəyərlərə qarşı biganəlik getdikcə artır. "Dəyərlərə yenidən baxılması” kimi gərəksiz bir ideya pis anlamda öz işini görməkdədir...






İzlənilən odur ki, toplumumuzda ulusal dəyərlərə qarşı biganəlik getdikcə artır. "Dəyərlərə yenidən baxılması” kimi gərəksiz bir ideya pis anlamda öz işini görməkdədir...
Qıraqdan yurdumuza gələn bu cür ideyalar hər zaman
tapmaca xarakter daşıyıbdır. Baxın, əgər deyilsə ki, "dəyərlərə yenidən
baxılması” zərərli ideyadır, o an içimizdə bu ideyanı savunanlar tapılacaq.
Deyəcəklər bu ideya dəyərlərdən əl çəkmək anlamına gəlmir, dəyərlərdə
köhnəlikdən əl çəkmək gərəkdiyini bildirir. Biz isə bildiririk, məsələ heç də
belə deyil. Bu ideyaya üz tutanlar elə dəyərlərimizdən əl çəkirlər. Çünkü
dəyərlərdən əl çəkmək dəyərləri yaşatmaq qədər gərgin ömür tələb etmir. Adamlar
həmişə asanlığa qaçırlar.
Bu ideyanı ortaya atanlar, ən çox Doğuda, qədim
dəyərləri olan xalqların mənəvi-ulusal durumunu sıradan çıxarmaq istəyində olan
imperialist qüvvələrdir. Görünən odur ki, onlar bu istəklərinə çox anlamda
yetiblər.
Bundan başqa, "sınırların aradan qalxacağı” kimi
cəfəng düşüncə də yayılır. Vətən dəyər deməkdir, dövlət deməkdir. Vətən
şüurunu, dəyərlərə münasibəti vurmaqla, əslində həmin toplumda, dövlətçiliyin
əsaslarını da dağıdırlar. Bu gedişə qarşı dirəniş gərəkdir. Düşünər aydınlar dirəniş
göstərməklə toplumsal Birlik yaratmağa çalışmalıdır. Bu gün ulusal dəyərləri,
Vətən şüurunu insanların, ən çox da gəncliyin içində sistemli olaraq qorumağa
çalışan qüvvə Asif Atanın Mütləqə İnam Ocağıdır. Ocaq davamlı olaraq xalqlaşma
səfərlərinə çıxır. İstər Bakıda, istər bölgələrdə görüşlər keçirir,
ulusal-insani kimliyin dərk olunması yönündə söhbətlər aparıb çoxsaylı
ədəbiyyatlar bağışlayır.
Belə görüşlərdən biri bu günlərdə Bakı şəhərində
həyata keçirilmişdir.
Ocağın Yükümlüsü Soylu Atalı amaldaşı Göylü Atalının
təşkilatçılığı ilə, sıralarında öyrətmənlərin də olduğu, yüzə yaxın öyrənci
gənclərlə söhbət aparmışdır. Soylu Atalı bildirir: "Öncə gənclər yorğun, gərgin
görünürdülər. Ancaq bir neçə dəqiqdən sonra heyranlıqla ilgilənməyə başladılar.
Bu hal məndə sevinc duyğuları oyadırdı. Gənclərdə qədimliyimizə sevgi,
gələcəyimizə ümid yaratmaq yaşadığım sevdalı ömür anları idi. Nə yazıqlar ki,
bu gənclərə davamlı şəkildə əlimiz yetmir. Onların çoxu sonradan çağdaş mənəvi
anarxiya boşluğuna düşür. Bütöv anlamda gəncliyə yiyəlik eləmək, qayğı
göstərmək dövlətin başlıca görəvi olduğu halda, bu işə sorumluluqla yanaşmır. Sonucda
gəncliyimiz dağılır, qıraqdan yönətilən ayrı-ayrı qüvvələrin etkisində ulusal
düşüncələrdən ayrılır”.
Bütün bunlara baxmayaraq, Ocaq öz üzərinə düşən
ulusal-bəşəri işləri görür, bundan sonra da görəcək. Atamız var olsun!
Mütləqə İnam Ocağı






Qlobal.az



