SON XƏBƏR

Novruz Məmmədov: "ABŞ-Azərbaycan münasibətlərində yeni səhifə açılır"

Aprel 04
01:21 2016
"Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən nüvə sammitində iştirakı çox mühüm hadisədir”. Bu sözləri Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov "Hesabat” verlişinə müsahibəsində deyib.

ANS-in Vaşinqton bürosuna danışan adminstrasiya nümayəndəsi Azərbaycan preizdenti İlham Əlievin səfər zamanı keçirdiyi çoxsaylı görüşlərin həm ABŞ dövlət katibi Con Kerri ilə, həm də ABŞ-ın vitse prezidenti Co Baydenlə keçirdiyi görüşlərin çox böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Novruz Məmmədov bu görüşlərdə əsas məqsədin ABŞ-Azərbaycan münasibətlərinin, bütün sahələrdə olan əməkdaşlıq əlaqələrinin daha da gücləndirləməsi, genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq olduğunu diqqətə çatdırıb.

İlham Əliyevin ABŞ dövlət katibi Con Kerri ilə görüşü haqqında danışan Novruz Məmmədov bu səfərdən sonra ABŞ-Azərbaycan münasibətlərində hər iki tərəfin maraqlarını əks etdirən yeni bir səhifənin açılacağını qeyd edib.

"Görüş zamanı ölkələr arasında münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Bu günə qədər ABŞ-la Azərbaycan arasında çox uğurlu bir əməkdaşlıq yolu qət edilib” - deyə Novruz Məmmədov vurğulayıb./ANSPRESS/
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook