SON XƏBƏR

Netanyahu İsrail məhkəməsi qarşısına çıxarıldı - Korrupsiya, fırıldaqçılıq

May 25
12:11 2020
İsraildə Baş nazir Benyamin Netanyahuya qarşı məhkəmə iddiası başlayıb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Jerusalem Post" məhkəmənin materiallarına istinadən məlumat verib.

Netanyahu məhkəməyə gəlib.

İlk məhkəmə iclasında vəkilləri iddiaların sübutları ilə tanış olmaq və müdafiə mövqeyi hazırlamaq üçün iki-üç aya ehtiyac duyduqlarını söyləyib. Lakin ittiham tərəfi Netanyahunun vəkillərinin vəsatətini rədd edib və müdafiə tərəfinin işi bir il əvvəl alındığını vurğulayıb.

Bununla ilk iclas başa çatıb. Növbəti iclas 19 iyulda reallaşacaq. Məhkəmə baş nazirə onun iştirakı ilə bağlı xəbərdarlıq edib.

Məhkəməni hakim Rivka Friedman-Feldman aparır.

Xatırladaq ki, İsrailin hazırkı Baş naziri Netanyahu korrupsiya, fırıldaqçılıq və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook