Netanyahu həbs oluna bilər
Aprel 29
11:36
2024
Beynəlxalq Cinayət Məhkəməsi İsrail və HƏMAS-ın yüksək səviyyəli rəsmilərin həbsinə order verməyə hazırlaşır.
Qeyd olunur ki, belə bir qərarın qəbul olunması İsrailin Qəzza siyasətində ciddi dəyişikliyə səbəb ola bilər.
"AzPolitika" xəbər verir ki, bu barədə ABŞ-nin "The New York Times” nəşri məlumat yayıb.
Məlumatlı mənbənin nəşrə bildirdiyinə görə, həbs qərarında adı hallananlar arasında İsrail Baş naziri Benjamin Netanyahu da var. HƏMAS-dan kimin ittiham oluna biləcəyi və hansı cinayətlərə istinad ediləcəyi isə hələlik bəlli deyil.