Nəsimi rayonunun icra başçısından şikayət - Tikinti şirkətini himayə edir
Avqust 26
23:48
2020
Nəsimi rayonunun sakinləri İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və müavini Qurban İsmayılovdan şikayət edirlər.
Rayonun F.Qasımzadə küçəsi, ev 28 ünvanında yaşayan bir qrup sakin Unikal.org-a müraciətində qeyd edib ki, onların yüzə yaxın şikayəti ilə bağlı heç bir tədbir görülmür: "Artıq məcburuq ki, Prezident Administrasiyasının qarşısında kütləvi etiraz aksiyası keçirək.
Bu addımı atmağa bizi vadar edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov və müavini Qurban İsmayılovdur.
Belə ki, adlarını qeyd etdiyimiz məmurlar cənab Prezident İlham Əliyevin tapşırıqlarına məhəl qoymadan onlara ünvanladığımız yüzə yaxın şikayətimizlə bağlı heç bir tədbir görmürlər.
Həmçinin pilot lahiyə üzrə icraçı "Avrasiya Constraction Ltd” MMC-nin rəhbəri Rəfaili müdafiə edirlər.
Şikayətçi olduğumuz tikinti şirkəti tərəfindən Nəsimi bazarının yanında inşa edilən 2-ci binanın memarlıq işçi lahiyəsini bir neçə gün öncə FHN-dən əldə etdik və müəyyən etdik ki, 2-ci binanın 13, 14 və 15-ci mərtəbələrində 5 mənzilin olması memarlıq işçi lahiyədə qeyd edilsə də, hazırda həmin mərtəbələrdə 6 ev yerləşir. Eləcə də xeyli tikinti normaları pozulub. Bu necə olur??
Sakinlərin çoxuna da həmin 2-ci binadan mənzil verilib.
Bildiririk ki, "Avrasiya Contraction Ltd” MMC tərəfindən yaşadığımız mənzillər pilot lahiyə ilə bağlı iki il əvvəl sökülmüşdür. Hər birimizlə ayrı-ayrılıqda müqavilə imzalanarq, hər sakinə 3 otaqlı təmirli mənzillərin verilməsi barədə razılıq əldə edilmişdir.
Həmin mənzillərin eskiz lahiyəsinin surəti iki il əvvəl bizə təqdim ediləndə lahiyədə göstərilmişdir ki, hər bir evin iki balkonu olacaq. Həmin eskiz lahiyənin surəti də şirkətin Orxan adlı işçisi tərəfindən müqavilə bağlananda bizə təqdim edilmişdir. Lakin indi isə eskiz lahiyə saxtalaşdırılmış və hər evdə balkonun biri ləğv edilərək, satışa çıxarılan və sahəsi böyük olan panaraması olan başqa mənzillərə birləşdirilmişdir. Bununla bağlı bizə isə heç bir məlumat verilməmişdir.
Həmçinin təmir edilən məznillərə alınan tikinti materialların heç birinin rəsmi haradan alınması barədə sənəd yoxdur. Çox ehtimalı ki, bu tikinti şirkəti qara bazardan material alır.
Beləliklə, tikinti şirkətinin məsul şəxsləri öz vəzifə səliyyətlərini aşmış, bizi aldatmış və sənədləri saxtalaşdırmışdır".

Qlobal.az