SON XƏBƏR

Məmurlar mülkləri ilə bağlı məlumatları dövlət reyestrindən necə sildirir? - FOTOFAKT

İyul 08
15:31 2022
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin saytından rəsmi reyestr məlumatlar necə silinə bilər və bununla bağlı Komitənin sədri cənab Anar Quliyevin xəbəri varmı?

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin reyestr bazasından məlumatlar silinir. 

Bir neçə gün əvvəl Baş nazir Əli Əsədovun sabiq köməkçisi Zakir Paşayevin Bilgəh qəsəbəsində 0.12 sot ərazidə tikinti sahəsi 720 kvadrat metr olan 2 mərtəbəli ictimai iaşə obyekti inşa etdirməsi haqda məlumat vermişdik.



Həmin məsələ ilə bağlı Zakir Paşayevin mövqeyini öyrənmək üçün göndərdiyimiz sorğudan bir neçə saat sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat bazasında şöbə müdiri ilə bağlı reyestr məlumatının silinməsinin şahidi olduq. Çox güman ki, bu, Zakir Paşayevin müdaxiəsi ilə baş verib.

https://www.arxkom.gov.az/storage/codes/Tikintiye-3542_1628758686.pdf



Açığı, bizim qeydimizdən sonra silinmiş məlumatın bərpa olunacağını gözləyirdik. Çünki dövlətin reyestr bazasından məlumatların silinməsi cinayət məsuliyyəti yaradır. Amma məlumatların bərpası ilə qanunsuzluğun qarşısının alınacağı ilə bağlı gözləntilərimiz özünü doğrultmadı.

 

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat bazasından təkcə Zakir Paşayevin Bilgəhdə inşa etdirdiyi ictimai iaşə obyektinin reyestr məlumatı silinməyib. Bizim müşahidələrimizə görə, bir sıra məmurların da həmin bazadakı reyestr məlumatları yoxa çıxır. 

Maraqlıdır, görəsən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Tikintiyə icazə verilməsi ilə bağlı informativ və statistik xarakterli məlumat bazasından məlumatların silinməsini komitə sədri Anar Quliyev bilirmi?  



Yoxsa bütün bu baş verənlər Komitə sədrindən gizli şəkildə həyata keçirilir?

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook