Nəsimi rayonunun icra başçısı haqqında yayılan məlumatlar qərəzlidir
Sentyabr 19
13:05
2016
Bu gün bəzi informasiya saytlarında Nəsimi rayonunun icra başçısı Asif Əsgərov haqqında doğru olmayan məlumatlar dərc edilmişdir.
Qeyd edək ki, dərc olunan məlumatda vurğulanır ki, Nəsimi rayonunun icra başçısı Asif Əsgərov bu il 600-dən yuxarı bal toplamış tələbələrlə görüşüb. Tələbələri təbrik edən və onlara uğurlar arzulayan A.Əsgərov yekunda tələbələrə 20 qəpik qiyməti olan qələm hədiyyə edib.
Nəsimi RİH-nin təşkil etdiyi tədbirdə iştirak edən şəxsin Qlobal.az-a verdiyi məlumata görə yayılan bu xəbərlər qərəzli və təhrif olunmuş xarakterlidir. Belə ki, həmin tədbirdə respublikada təhsilin inkişafından və gənclərin üzərinə düşən məsuliyyət barədə çıxış edən RİH başçısı sonda yüksək bal toplamış tələbələrə müvəffəqiyyət arzulayıb.
Daha sonra isə tələbələrə hədiyyələr toplusundan ibarət paketlər təqdim edilib. Yüksək coşqu ilə tələbələrə təqdim olunan paketlərdə dərs vəsaitləri ilə yanaşı Milli Məclisin deputatı, professor Hadı Rəcəblinin "Sabitlikdən sosial rifaha" adlı kitabı da olub.
Qlobal.az



