Nəcməddin Sadıkovun 1992-ci ilə aid eksklüziv videosu yayıldı- VİDEO
Mart 16
12:35
2017
Sosial şəbəkələrdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının rəisi general-polkovnik Nəcməddin Sadıkovun eksklüziv videosu yayımlanıb.
Maraqla qarşılanan və müzakirələrə səbəb olan video 1992-ci ildə çəkilib. Videoda Nəcməddin Sadıkov Ağdərə döyüşü öncəsi həbsdən azad olunanlara hərbi təlim keçir.
Qeyd edək ki, video ANS televiziyasının fonduna aiddir.
Xatırladaq ki, Nəcməddin Sadıkov 1956-cı ildə Dərbənd şəhərində anadan olub. 1979-cu ildə Bakı Ali Ümumqoşun Komandirlər məktəbini bitirib. 1979-1992-ci illərdə SSRİ Silahlı Qüvvələri tərkibində tağım, bölük, tabor komandiri və alay komandirinin müavini vəzifələrində xidmət edib. 1985-1988-ci illərdə Moskva şəhərindəki Frunze adına Hərbi Akademiyada təhsilini davam etdirmişdir. 1992-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində briqada komandiri, korpus komandiri, Cəbhə komandanının birinci müavini – Cəbhənin Səhra İdarəetmə Qərargahının rəisi vəzifələrində xidmət etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 2 noyabr 1993-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi təyin edilib.
Qlobal.az