Nazir olimpiadanı izləyir, işçiləri tələsik adlar açıqlayır - Gənclər və İdman Nazirliyindəki müəmmalı qrant nəticələri
Avqust 03
07:10
2024
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsinin qalibləri elan edilib. Pravda.az Azxeber.com-a istinadən xəbər verir ki, müsabiqənin ekspert komissiyasının qərarına əsasən gənclər sahəsində fəaliyyət göstərən 75 QHT-nin 9 istiqamət və 31 mövzu üzrə layihə təklifinin dəstəklənməsi təsdiq edilib.
Ancaq müsabiqənin ekspert komissiyasının kimlərdən ibarət olduğu açıqlanmayıb. Onların hansı kriteriyalar ilə layihələrə səs verdiyi də bəlli deyil.
Nazirliyini yaydığı press-relizdə neçə təşkilatın müsabiqədə iştirak etdiyi də qeyd edilməyib.
Burada daha bir diqqətçəkən məqam isə müsabiqə nəticələrinin rəsmi elanda göstəriləndən 4 ay sonra açıqlanmasıdır.
Belə ki, AGİN müsabiqə ilə bağlı rəsmi elanında müsabiqənin nəticələrinin 2024-cü ilin aprel ayında elan olunacağını bildirmişdi. Ancaq nəticələr bu tarixdən düz 4 ay 1 gün sonra açıqlandı.
Bu gecikmədə diqqətçəkən məqamlardan biri də nəticələrin Paris-2024 Olimpiya Oyunları zamanı açıqlanmasıdır.
Məlumdur ki, Azərbaycan idman ictimaiyyəti və nazir Fərid Qayıbov bütün diqqətini hazırda Parisdə baş tutan Olimpiya Oyunlarına yönəldib və nazir demək olar ki, hər yarışda idmançılarımızın yanındadır.
Bu gün həm də Azərbaycan beynəlxalq arenada tarixi uğura imza atıb. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi açılış mərasimində Fransa televiziyasının təxribatına görə rəsmi şəkildə Azərbaycandan üzr istəyib və eyni zamanda tarixdə ilk dəfə olaraq bir idman növündə 2 qızıl medal qazanmışıq.
Bu ərəfədə nazirliyin gənclər siyasətinə məsul olan şəxslər isə tez-tələsik gənclər təşkilatları üçün nəticələri açıqlayaraq diqqəti özlərindən yayındırmağa və naziri hədəfə gətirməyə çalışırlar. Çünki məlumdur ki, müsabiqədə qrant almayan təşkilatlar haqlı və ya haqsız olmasından asılı olmayaraq nəticədən narazı qalırlar və hədəfdə birbaşa nazir olur.
Demək ki, AGİN daxilində kimlərsə bu məsələdə maraqlıdır və bu cür addımlarla hədəfi nazirə çevirmək istəyirlər.
Belə olmasaydı, 4 ay gecikən nəticələri daha 10 gün gözləyib açıqlamaq olardı.
Bu yerdə qeyd edək ki, qalib olan bəzi QHT-lərlə bağlı kiçik araşdırmamız nəticəsində məlum oldu ki, onların adı heç dünyanın ən məşhur axtarış platforması "google”də uğurlu layihə edən təşkilat kimi ortaya çıxmır.
Nazirliyin gənclər siyasətinə məsul olan şəxslər onları hansı əsasla qalib seçib?
Mövzuya yenidən qayıdacağıq və adları məşhur olmayan QHT-lərin layihələri və kimlərə məxsus olmaları haqda ətraflı məlumat verəcəyik.