SON XƏBƏR

Nazir generalı rəis əvəzi təyin etdi - Xanım rəis istefa verdi

Mart 12
15:49 2025
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəsi vəzifəsindən istefa verib. 

Qaynarinfo-nun məlumatına görə, Tibb Xidmətinin rəisi polkovnik-leytenatı Vəfa Dadaşova öz ərizəsi ilə tutduğu vəzifəsindən azad olunub. 

Bununla bağlı nazir general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.
 


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin tibb işləri üzrə rəis müavini general-mayor Rəfail Mehdiyev rəis əvəzi təyin olunub. 

Qeyd edək ki, Vəfa Dadaşova ötən ilin may ayında sözügedən vəzifəyə təyin edilmişdi. Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyev ötən ilin oktyabr ayında tibb işləri üzrə rəis müavini təyin olunmuşdu. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook