SON XƏBƏR

Nazarbayevin qardaşı oğlu dövlətə 1,45 milyard dollar qaytarıb

Yanvar 10
16:47 2024
Qazaxıstanın eks-prezidenti Nursultan Nazarbayevin qardaşı oğlu Kayrat Satıbaldı dövlətə 650 milyard təngə (1,45 milyard dollar) vəsait qaytarıb. Bu barədə "Sputnik Qazaxıstan" məlumat yayıb.

Bu barədə Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidmətinin rəsmi nümayəndəsi Arman Tleukenov brifinqdə məlumat verib.

"Cinayət yolu ilə, qanunsuz əməllərdən əldə etdiyi gəlirlərdən istifadə edərək, Kayrat Satıbaldı xaricdə də daxil olmaqla müxtəlif əmlaklar əldə edib, Qazaxıstanda və xaricdə banklarda pul yerləşdirib”, - Tleukenov əlavə edib.

Qeyd edək ki, 2022-ci ilin mart ayında həbs olunan Kayrat Satıbaldı altı il müddətinə azadlıqdan məhrum edilib. (oxu.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook