Naxçıvanskinin başdaşı Çernışevskinin məzarında imiş
Avqust 29
11:37
2016
Sankt-Peterburq şəhərində Rusiya yazıçısı və filosofu Nikolay Çernışevskinin abidəsi yenidən qurularkən abidənin postamenti ətrafındakı döşəmə daşların vaxtilə şəhər qəbiristanlıqlarından gətirilmiş məzar daşları olduğu müəyyən edilib.
Axar.az xəbər verir ki, bu barədə Sankt-Peterburq telekanalının "Puls qoroda” (Şəhərin nəbzi) xəbər proqramında məlumat verilib.
Bəzi daşların üstündə yazıların olduğu, lakin onların pis oxunduğu bildirilir. Lakin daşlardan birinin üstündəki yazını qismən oxumaq mümkün olub.
Daşlardan birinin üzərində Naxçıvanski soyadı oxunub. Bu şəxs 1912-ci ildə vəfat edib.
"Belə bir ehtimal var ki, bu məşhur general Hüseyn xan Naxçıvanskinin 1912-ci ildə müəmmalı şəkildə vəfat etmiş oğlu Nikolay Naxçıvanskinin sinə daşıdır”, – reportajda deyilib.
Şəhər Heykəl Abidələri Muzeyinin direktor müavini Nadejda Yefremova açıqlamasında qəbir daşının köhnə yerinə, yəni Çernışevski abidəsinin altına qoyulmayacağını deyib. Onun yerinə oxşar qranit daş yerləşdiriləcək.
Azadlıq radiosu-nun məlumatına görə, N.Yefremova qəbir daşının araşdırılacağını bildirib: "Biblioqraf Vladimir Saitovun 1913-cu ildə çap olunmuş "Peterburq nektopolu” kitabında Naxçıvanskinin məzarı haqqında məlumat yoxdur, lakin axtarışlar davam etdiriləcək”.
Xatırladaq ki, Nikolay Naxçıvanski məşhur azərbaycanlı hərbçi, 2-ci çar Nikolayın sevimli generalı Hüseyn xan Naxçıvanskinin oğludur. Onun ölümü indiyədək müəmmalı qalır.

Qlobal.az