Naxçıvanın işğal olunmuş kəndi Azərbaycana qaytarılacaq (VİDEO)
Yanvar 04
14:21
2021
Ermənistanlı politoloq Qrant Məlik Şahnazaryan yeni açıqlama ilə çıxış edib.
Modern.az xəbər verir ki, o, Zəngəzurda gedən delimitasiya və demarkasiya prosesləri fonunda Naxçıvanın işğal olunmuş Kərki kəndinin də Azərbaycana qaytarılacağını söyləyib. Onun fikrincə, Paşinyan hökuməti planlı şəkildə həmin əraziləri hissə-hissə qaytarır.
"Zəngəzurun Şurnux kəndindən sonra Ararat vilayətinin Tiqranaşen kəndi (Kərki) də Azərbaycana qaytarılacaq” – deyə Məlik Şahnazaryan açıqlama verib.

Xatırladaq ki, Sədərək rayonunun inzibati tərkibinə daxil olan Kərki kəndi 1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunub. Kəndin adı Tiqranaşenə dəyişdirilərək, Ararat vilayətinin tərkibinə daxil edilib.