SON XƏBƏR

Naxçıvanın bir hissəsi və Zəngəzur necə işğal edilib? - Heydər Əliyevin çıxışı (VİDEO)

Dekabr 13
08:44 2021
Heydər Əliyevin Zəngəzur və Naxçıvanın bir hissəsinin Ermənistana verilməsi ilə bağlı tarixi çıxışından olan bir hissə ümummilli liderin anım günündə sosial şəbəkələrdə geniş marağa səbəb olub.

Qlobal.az Xezerxeber.az-a istinadla xəbər verir ki, çıxışda Heydər Əliyev işğal planını və torpaqlarımızın ermənilərə verilməsini tarixi detallarla, çox aydın şəkildə izah edir və bir çoxları üçün sensasiya sayıla biləcək faktları açıqlayır.

Ulu öndər çıxışında bildirir ki, Azərbaycanın əzəli torpaqları olan Mehri rayonunun Nüvədi kəndi 1929-cu ildə ermənilərə verilib və kənd əhalisi doğma torpaqlarını qorumaq üçün mübarizə aparıblar.

Ulu öndər Heydər Əliyev təəssüflə bildirir ki, həmin illərdə Azərbaycanın digər ərazilərində sürətlə erməni əhalisinin yerləşdirilməsi prosesi davam edib. Nəticədə isə Naxçıvanla Azərbaycanın digər ərazisi arasında ermənilərin nəzarətinə keçən ərazi süni şəkildə genişləndirilib.

Ulu öndər Heydər Əliyevin bu tarixi çıxışı da bir daha göstərir ki, Zəngəzur mahalı tarixən Azərbaycana məxsus olub və burdakı yerli azərbaycanlı əhali oradan zorla çıxarılıb. Buna görə də bu torpaqlardan zorla çıxarılaraq etnik təmizləməyə məruz qalan azərbaycanlıların öz dogma yurdlarına qayıtması üçün tam olaraq hüquqları çatır və bu, beynəlxalq hüquqda öz əksini tapıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook