SON XƏBƏR

Naxçıvan bələdiyyəsi ilə dövlət xidməti arasında torpaq qalmaqalı

Yanvar 25
19:45 2024
Naxçıvan bələdiyyəsi ilə Naxçıvan Muxtar Respublikasının (MR) Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti arasında torpaq mübahisəsi yaranıb. 

Qaynarinfo xəbər verir ki, Naxçıvan bələdiyyəsi bu mübahisədən dolayı məhkəməyə müraciət edib.

İddiaya Naxçıvan MR İnzibati Məhkəməsində baxılacaq. Martın 14-nə iş üzrə məhkəmə hazırlıq iclası təyin edilib. İclas hakim Tural Əliyevin sədrliyi ilə keçiriləcək. 

İşin təfərrüatları haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook