SON XƏBƏR

Naxçıvan aeroportunun direktoru vəzifəsindən azad edilib

Aprel 16
11:52 2024
Mənşur Gülməmmədli Naxçıvan Beynəlxalq Hava Limanının direktoru vəzifəsindən azad edilib.

TNS xəbər verir ki, bu gün hava limanında iclas keçirilib, Mənşur Gülməmmədli yol verdiyi ciddi nöqsanlara görə, sərt tənqid edilib.

Qeyd edək ki, ötən il Azərbaycan Respublikasının Hesablama Palatası Naxçıvan Beynəlxalq Hava Limanında nəzarət tədbirləri həyata keçirib. Nəzarət tədbirlərinin nəticələri gəlirlərin, xüsusilə nağd vəsaitlərin gizlədilməsi variantlarının olmasını göstərib. Bu, hava limanının gəlirlərinin hesabatlarda doğru-düzgün əks olunmamasına gətirib çıxarıb.

Naxçıvan Beynəlxalq Hava Limanı muxtar respublikanın ən çox korrupsiyalaşmış orqanlarından biridir. Hava limanının direktoru Mənşur Gülməmmədli Talıbovlara arxayın olaraq, qanunsuz əməllər törədib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook