SON XƏBƏR

Navalnının səhhəti yenidən pisləşib

Mart 25
14:54 2021
Rusiya müxalifətinin lideri Aleksey Navalnın səhhəti qəfil pisləşib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Navalnının silahdaşı Leonid Volkov məlumat yayıb.

Aleksey Navalnı ötən ilin avqustunda kimyəvi silah olan "Noviçok” zəhəri ilə sui-qəsdə məruz qalmış, Qərbin güclü diplomatik təzyiqindən sonra Almaniyaya aparılmasına izn verilmiş və alman həkimlərinin sayəsində həyatı xilas edilmişdi. Bu ilin yanvarında isə müalicəsi başa çatdıqdan sonra Almaniyadan Rusiyaya qayıdarkən hava limanında həbs olunmuşdu. Onu ən sərt rejimli həbsxanalardan birinə salıblar. İndi isə onun səhhətinin qəfil pisləşməsi xəbəri yayılıb. 

Rusiya müxalifəti və Qərb mətbuatı iddia edir ki, hakimiyyətin zərərsizləşdirmək istədiyi şəxslərin geniş siyahısı var. Məlumata görə, siyahının ilk sırasında müxalifət lideri Aleksey Navalnın adı yer alır. Navalnın həbsxanada səhhətinin pisləşməsi haqqında məlumat yayan Leonid Volkovun özünün də adının bu siyahıda olduğunu deyib. 

Bundan əvvəl isə Böyük Britaniya mətbuatı bu siyahıda Birləşmiş Krallıqda yaşayan Kristofer Stil, Bill Brauder, Mixail Xordorkovski, Boris Karpiçkov, Yevgeny Çiçvarkin və Vladimir Aşurkovun da adlarının olması haqqında məlumat yaymışdı.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook