Navalni sui-qəsdi siyasi zəlzələyə səbəb olub: FTX əməkdaşları ifşa edildi
Dekabr 17
10:51
2020
Rusiya müxalifətinin lideri Aleksey Navalnıya edilən sui-qəsdlə bağlı yayılan məlumatlar şimal qonşumuzuda zəlzələ effekti yaradıb.
Qaynarinfo xəbər verir ki, dünyaca məşhur "Bellingcat”, "The Insider”, CNN və "Der Spiegel” kimi media orqanlarının apardığı araşdırmalar Navalnı sui-qəsdinin arxasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin durduğunu göstərib. Araşdırmada FTX əməkdaşlarının kimlikləri, gizli adları, sui-qəsd zamanı hərəkət marşrutları və telefon əlaqələri üzə çıxarılıb.
Aleksey Navalnının bu araşdırma ilə bağlı hazırladığı videonun baxış sayı iki gün ərzində 10 milyonu keçib.
Kreml hələlik baş verənlərə reaksiya vermir. Yalnız Rusiya hakimiyyətinə yaxın media orqanları bu məsələdə İngiltərə və Almaniya kəşfiyyatının maraqlı olduğunu və Rusiyada xaos yaratmaq istədiklərini yazmağa başlayıblar.
Müşahidəçilərin fikrincə, Rusiyanın siyasi elitasında yaşanmaqda olan fikir ayrılıqları səbəbindən Navalnıya qarşı sui-qəsd edilib. Belə ki, bəzi politoqlar sui-qəsdin arxasında Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin dayandığı qəanətindədirlər. Məqsəd kimi də Rusiyada hakimiyyətin ötürülməsi prosesinə mane ola biləcək yeganə siyasətçinin zərərsizləşdirilməsini göstərirlər.
Bu arada Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəisi Serqey Narışkinlə bağlı da sensasion məlumatlar yayılıb. Məlumatda Narışkinin yəhudi əsilli azərbaycanlı iş adamı Qod Nissanovla əlaqələri əksini tapıb.
Bu isə onu göstərir ki, Rusiya hakimiyyəti daxilində qruplaşmalar bir-birinə qarşı kompromat savaşına başlayıblar…