NATO Türkiyəni tək qoymayacaq...
Dekabr 08
13:39
2015
NATO Türkiyəyə hava hücumundan müdafiə sistemlərini möhkəmlətməyə kömək edəcək.
Bu barədə Qlobalinfo.az Moderator.az-a istinadən xəbər verir.
Şimali Atlantika bloku öz müttəfiqlərinə hava hücumundan müdafiə sistemlərini inkişaf etdirməyə kömək etməyə hazır olduğunu bəyan edib.
"Die Welt” nəşrinin yazdığına görə, NATO-nun baş katibiYens Stoltenberq deyib ki, Yaxın Şərqdə olan böhrandan ən çox Türkiyə əziyyət çəkib, belə ki, Türkiyə Suriya və İraqla qonşudur.
NATO Türkiyəyə hava hücumundan müdafiəsini möhkəmlətməyə kömək etmək niyyətindədir. Stolkenberq Türkiyə üçün təkilf paketinin yeni ilədək hazır olacağını bildirib.
Diqqətinizə çatdırırıq ki, Türkiyə bundan əvvəl bəyan etmişdi ki, İraq ərazisində qoşunlarının yerləşdirilməsini dayandırıb. Türk baş nazirinin məktubunda, xüsusilə vurğulanır ki, onun ölkəsi İraqla münasibətlərinin pisləşməsini istəmir və bu ölkənin ərazisinə əlavə qoşun göndərməyəcək. Türkiyə Bağdadla əməkdaşlıq niyyətinə hədəfləndiyini bəyan edib.



